RUSİYA

Rusiya, Türkiyə, Suriya və İran XİN rəhbərlərinin müavinləri Moskvada görüşəcəklər – mənbə

Bütün nümayəndə heyətləri nazirlər səviyyəsində növbəti görüşü hazırlamaq üçün artıq Moskvaya gəliblər.
Sputnik
BAKI, 2 aprel — Sputnik. Bazar ertəsi Rusiya, Türkiyə, Suriya və İran diplomatik nümayəndəliklərinin rəhbərlərinin müavinləri arasında danışıqlar keçiriləcək. Bütün nümayəndə heyətləri nazirlər səviyyəsində növbəti görüşü hazırlamaq üçün artıq Moskvaya gəliblər.
Bu barədə mənbə bazar günü "TASS"a bildirib.
"Sabah xarici işlər nazirlərinin görüşünün hazırlanması ilə bağlı məsləhətləşmələr keçiriləcək. Bütün nümayəndə heyətləri artıq Moskvaya gəliblər", - deyə agentliyin həmsöhbəti bildirib.
Bundan əvvəl İranın xarici işlər naziri Hüseyin Əmir Abdollahiyan Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada aparılan danışıqların yekunlarına əsasən bildirib ki, görüşün əsas məqsədi "Türkiyə və Suriyanın baxışlarının yaxınlaşması"olacaq.
Öz növbəsində Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov ümidvar olduğunu bildirib ki, çox mühüm strateji hədəfə - Suriya-Türkiyə münasibətlərinin normallaşdırılmasına yönəlmiş bu vasitəçilik missiyası ümumi uğurla başa çatacaq".