RUSİYA

Qərb Ukraynanı dəstəkləməkdən imtina şərtini açıqlayıb

Əgər döyüş meydanında irəliləyiş olmasa, Qərb Ukraynaya dəstəyini geri götürəcək.
Sputnik
BAKI, 2 aprel — Sputnik. Qərb ölkələri, yəqin ki, ölkə hətta Kiyevə verilmiş silahlarla da döyüş meydanında irəliləyiş əldə etməsə, Ukraynanı dəstəkləməkdən imtina edəcəklər.
Bu fikri analitik Barri Henton “Associated Press” üçün yazdığı məqalədə bildirib.
Onun sözlərinə görə, Qərb Rusiya ilə gələcək danışıqların şərtlərini yaxşılaşdırmaq üçün Ukrayna Silahlı Qüvvələrinin (USQ) əks hücuma keçəcəyini gözləyir.
“Əks halda, Qərb liderləri silah və sursatların gələcək tədarükünün məqsədəuyğunluğu barədə düşünəcəklər”, - deyə Henton bildirib.
Xatırladaq ki, Almaniya kansleri Olaf Şolts Ukraynadakı münaqişənin iki və ya dörd il davam edə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, bu, Almaniya üçün problem olacaq, çünki ölkə Kiyevi “lazım olduğu müddət qədər” dəstəkləmək niyyətindədir.