BAKI, 2 aprel - Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin gələn həftə böyük Təhlükəsizlik Şurasının iclası keçirəcək.
Kreml iclasın mövzusunu əlavə olaraq açıqlayacaq.
"Bəli. Təhlükəsizlik Şurasının iclası planlaşdırılır. Mövzu ilə bağlı sizə məlumat verəcəyik", - Peskov bildirib.
Dövlət başçısı Rusiyanın regionlarından birinə də səfər edəcək.
Gələn həftə, əvvəlcədən xəbər verildiyi kimi, Putin Belarus lideri Aleksandr Lukaşenko ilə görüşəcək.