BAKI, 2 aprel — Sputnik. Rusiya Federasiyasının rəhbəri Vladimir Putin ölkənin “QosTex” vahid rəqəmsal platformasından istifadə edərək dövlət informasiya sistemlərinin yaradılması və istifadəsi haqqında fərman imzalayıb.
Sənəd hüquqi informasiya portalında dərc olunub.
“Dövlət informasiya sistemlərinin yaradılması, inkişafı və istismarı ilə bağlı tədbirlərin həyata keçirilməsinin səmərəliliyini artırmaq üçün qərara alıram: Rusiya hökuməti aprelin 1-dək dövlət informasiya sistemlərində olan məlumatların mühafizəsi tələblərinə uyğun olaraq Rusiya Federasiyasının “QosTex” vahid rəqəmsal platformasının fəaliyyətini təmin etməlidir”, - aprelin 1-dən qüvvəyə minən fərmanda belə deyilir.
Bundan əvvəl Putinin ölkənin xarici siyasətinin yeni konsepsiyasını təsdiqlədiyi bildirilib.