QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan Ordusunun hərbçisi minaya düşüb

Novruz Niftəliyevin vəziyyətinin ağır olduğu bildirilir.
Sputnik
BAKI, 2 aprel - Sputnik. Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi - 2004-cü il təvəllüdlü Niftəliyev Novruz Eldəniz oğlu minaya düşüb.
“Report”un əldə etdiyi məlumata görə, o, Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
N.Niftəliyevin vəziyyətinin ağır olduğu bildirilir.
O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsindən hərbi xidmətə çağırılıb.