BAKI, 2 aprel — Sputnik. ABŞ hakimiyyəti qanunvericilik səviyyəsində Çinə qarşı iqtisadi tədbirlər görməyə hazırlaşır və G7 ölkələrini oxşar qərarlar qəbul etməyə çağırır.
Bu barədə Yaponiyanın “Nikkei” nəşri məlumat yayıb.
Jurnalistlərin sözlərinə görə, Ağ Ev və ABŞ Konqresi Çin mallarına rüsumların artırılmasını nəzərdə tutan qanun layihələrini nəzərdən keçirir.
Vaşinqton, həmçinin, digər G7 dövlətlərini Pekinin iqtisadiyyatı Çindən çox asılı olan ölkələrə təzyiq göstərməkdən ötrü hipotetik cəhdlərinə qarşı daha çox mübarizə aparmaq üçün oxşar qanunlar hazırlamağa çağırıb.
Daha əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin ABŞ-ın Çinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini tənqid etməsinə cavab verərək, Vaşinqtona mövcud vəziyyətdəki rolu barədə düşünməyi və yanlış yoldan dönməyi tövsiyə edib.
Venbin Kiyevi silahla təmin edən, münaqişənin eskalasiya dərəcəsini artıran və bütün dünya üçün böhran vəziyyəti yaradan Ağ Evin mövqeyinin ədalətsiz olduğu qənaətində olduğunu bildirib.
Xatırladaq ki, Rusiya Federasiyası Federasiya Şurasının üzvü Olqa Kovitidi hesab edir ki, Avrasiya üzərində nəzarəti həyata keçirmək üçün ABŞ Çinlə müharibəyə hazırlaşır. Onun fikrincə, Vaşinqtonun bu əsrin əvvəlində məqsədi “iki nüvə dünya qüdrətini – Rusiya və Çini zərərsizləşdirmək” olub.