HADİSƏ

Şuşa ağ örpəyə büründü - Yollar buz bağladı

Hazırda qar yağışı davam edir.
Sputnik
BAKI, 1 aprel - Sputnik. Ötən gün axşam saatlarından yağan qar, Şuşa şəhərində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb. Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, gecə boyu yağan qar Şuşa şəhər daxili və dağ yollarında gediş-gəlişi məhdudlaşdırıb. Gecə temperaturun aşağı düşməsi Şuşa rayonun dağ yollarının bəzi yerlərində buzlamaya səbəb olub.
Şəhərin və dağ yollarının qardan təmizlənməsi üçün yollara texnikalar cəlb olunub.
Hazırda qar yağışı davam edir.
Həmçinin Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir, bölgədə 3 dərəcə şaxta qeydə alınıb.. Martın 31-dən aprelin 1-ə keçən gecədən başlayaraq bölgənin dağ və dağətəyi kəndlərinə fasilələrlə qar yağıb.
Bölgədə qar ən çox dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən Qax rayonu Sarıbaş kəndinə yağıb. Bu gün səhər saatlarında kənddə qarın hündürlüyü 7 sm olub, 3 dərə şaxta qeydə alınıb. Hazırda bölgədə qeyri sabit hava şəraiti davam edir