"İşə qəbul olunmaq üçün son tələb kimi həmin saytdakı hesaba ödəmə metodlarından birini seçməklə 10 manat ödəniş etmək tələb olunur. Sonda həm “m10” platforması ilə həm də bank kartı ilə ödəniş etmək olur. Həmin mərhələdə sizə oğurlanmış kart və “m10” hesabları təqdim olunur. Əllərində o qədər oğurlanmış hesablar var ki, hər saatın tamamında bu hesablar yenilənir. Siz isə sadəcə bu işdən xəbəri olmayan adama 10 manat göndərirsiniz. Daha sonra o pullar tranzit - yəni oğurlanan hesablardan çəkilir".
"Elə xidmətlər var ki onlar toplu SMS-lər satırlar. Operator necə ayıracaq ki bu SMS-lər adi belə şirkətdən göndərilir, yoxsa dələduzlar tərəfindən göndərilir. Düşünürəm ki, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayətlər daxil olduqda artıq bunun qarşısı alına bilər. Bundan başqa, bu cür təkliflər yalnız adi SMS ilə deyil, sosial şəbəkələr vasitəsi ilə də göndərilir. Vəziyyət sanki artıq pandemik hal alıb, qarşısını almaq mümkünsüzdür", - deyə o əlavə edib.