RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya HHM bir gündə 5 Ukrayna dronunu və 9 RYAS mərmisini vurub

Ukraynada xüsusi hərbi əmliyyat davam edir.
Sputnik
BAKI, 1 aprel - Sputnik. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti şənbə günü bildirib ki, son sutka ərzində Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus HIMARS və Smerç RYAS-ın 9 mərmisini, həmçinin 5 pilotsuz təyyarəni vurub.
“Bir sutka ərzində hava hücumundan müdafiə sistemləri “HIMARS” və “Smerç” reaktiv yaylım atəş sisteminin doqquz mərmisini ələ keçirib. Bundan əlavə, Donetskin Valeryanovka, Zaporojyenin Qulyaypole, Novoukrainskoye və Xersonun Krınki qəsəbələri ərazilərində Ukraynaya məxsus 5 pilotsuz uçuş aparatı məhv edilib”, - məlumatda deyilir.
Ümumilikdə xüsusi hərbi əməliyyat başlayandan Ukraynaya məxsus 405 hərbi təyyarə, 228 helikopter, 3630 pilotsuz uçuş aparatı, 415 zenit-raket kompleksi, 8497 tank və digər zirehli döyüş texnikası, 1077 reaktiv yaylım atəşi sistemli döyüş maşını, 4478 ədəd və səhra artilleriyası, 9247 ədəd xüsusi təyinatlı hərbi maşın məhv edilib.