BAKI, 1 aprel - Sputnik. Azərbaycanda narkotikə görə həbs olunan qadınların şok statistikası açıqlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “İllik Hesabat” jurnalında öz əksini tapıb.
Jurnalın məlumatına görə, 2022-ci ildə narkotikə görə 231 nəfər qadın cinayət məsuliyyətinə cəlb olunub.
Ümumilikdə cinayət məsuliyyətinə cəlb olunan 8677 nəfərdən 13-ü 16-18, 601-i 18-25, 1439-u 26 -29, 6624-ü isə 30 yaşdan yuxarı şəxslərdir.