BAKI, 1 aprel - Sputnik. Ermənistanın Sünik rayonunun Tex-Kornidzor sahəsində sərhədləri dəqiqləşdirmək məqsədilə Ermənistan və Azərbaycan nümayəndələri arasında görüş keçirilib.
Bu barədə Sputnik Ermənistan ölkənin Milli Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
"Sərhədlərin dəqiqləşdirilməsi istiqamətində aparılan işlər nəticəsində sahədə vəziyyət xeyli yaxşılaşıb", - məlumatda deyilir.
Qeyd olunub ki, hazırda işlər davam etdirilir, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.