BAKI, 31 mart — Sputnik. Yeni dünya müharibəsi təhlükəsi tamamilə realdır və bu, mübaliğə deyil. Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
O bildirib ki, Avropa İttifaqı Ukraynaya qoşun yeritmək barədə danışmağa davam edir və bu, Rusiya ilə birbaşa toqquşma ilə nəticələnə bilər.
Hökumət başçısı qeyd edib ki, Qərb Rusiyaya qarşı hərbi əməliyyatları davam etdirmək üçün Ukraynaya getdikcə daha güclü silah sistemləri göndərir və buna görə də üçüncü dünya müharibəsi artıq mübaliğə deyil.
"Bu, əsl təhlükədir", - Orban deyib.
O, həmçinin qeyd edib ki, Avropa liderləri artıq sakit şəkildə Avropa İttifaqı ölkələrinin Ukraynaya sülhməramlı qoşunlar göndərə biləcəkləri barədə danışırlar. Macarıstanın baş naziri xəbərdarlıq edib ki, bu, başqa mərhələyə keçid olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.