SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran indi də Ermənistana müəyyən dəstək göstərir - İlqar Vəlizadə

Politoloq təəssüflə bildirib ki, uzun illər boyu Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin düşmən tərəfindən işğal edilməsi İranda heç bir narahatlıq doğurmayıb.
Sputnik
BAKI, 31 mart - Sputnik. İranın Ermənistana müəyyən dəstəkləri indi də davam edir. Bu fikirləri İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydərinin ölkəmizin əleyhinə səsləndirdiyi çirkin iftira və böhtan xarakterli fikirlərə münasibətində politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, otuz il ərzində İrandan Azərbaycan torpaqlarının işğalı ilə bağlı Ermənistana təzyiqlər olmayıb.
"Uzun illər Azərbaycan terrorçularla mübarizə aparıb. Təəssüflər olsun ki, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin düşmən tərəfindən işğal edilməsi də İranda heç bir narahatlıq doğurmadı", - deyə politoloq bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.