RUSİYA

Qərb sərhədlərimiz yaxınlığında hərbi qruplaşmalar yaratmağa davam edir - KTMT baş katibi

Qərb istiqamətində Rusiya və Belarusun müttəfiq sərhədlərinin bilavasitə yaxınlığında hərbi qruplaşmaların yaradılması və hərbi infrastrukturun inkişafı sistemli şəkildə davam etdirilir.
Sputnik
BAKI, 31 mart — Sputnik. Qərb ölkələri sistematik olaraq Rusiya və Belarus sərhədləri yaxınlığında hərbi qruplar və infrastruktur qurmağa davam edir. Bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov təşkilatın Katibliyi və Birləşmiş Qərargahının rəhbərliyinin genişləndirilmiş iclasında deyib.
Qərb istiqamətində Rusiya və Belarusun müttəfiq sərhədlərinin bilavasitə yaxınlığında hərbi qruplaşmaların yaradılması və hərbi infrastrukturun inkişafı sistemli şəkildə davam etdirilir.
Daha əvvəl Belarus Xarici İşlər Nazirliyi bildirib ki, respublikanın sərhədi yaxınlığında NATO-nun yeni qüvvələrinin yerləşdirilməsi və alyansın Şimali Avropada daha da genişlənməsi məsuliyyətsiz eskalasiyanı ifadə edir və Avropanın təhlükəsizliyini təhdid edən əsas amillərdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.