RUSİYA

Qərb Rusiyaya qarşı sanksiyaların nəticələrini əvvəldən hesablaya bilmədi - Çexiyalı zabit

Bir müddət əvvəl Vladimir Putin bəyan edib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Sputnik
BAKI, 31 mart - Sputnik. Rusiyaya qarşı çoxlu sanksiyalar tətbiq edən Qərb onların nəticələrini əvvəlcədən hesablaya bilməyib. Bunu Çexiya Ordusunun Baş Qərargahının keçmiş rəisi Jiri Şedivi bildirib.
Onun qənaətinə görə, heç də bütün dövlətlər sanksiyaları dəstəkləməyəcək.

“Biz Rusiyaya qarşı çoxlu sanksiyalar tətbiq etmişik, lakin onların nəticələrini, bizə qarşı necə işləyə biləcəyini ümumiyyətlə hesablamamışıq. Mən bunu əsaslı uğursuzluq hesab edirəm. Bundan əlavə, biz Rusiya Federasiyasının müttəfiqlik əlaqələrini lazımi səviyyədə qiymətləndirmirdik", - deyə Şedivi bildirib.

Keçmiş zabit həmçinin bildirib ki, hazırda Qərb heç də bütün ölkələrin həmin sanksiyaları qəbul etmədiyinə təəccüblənir.
"İstər Rusiyanın strateji tərəfdaşı olsun, Çin (baxmayaraq ki, bəzən elə bil ki, elə deyilmiş kimi göstərməyə çalışır), istər İran, istərsə də Şimali Koreya. Hətta Çin-Rusiya hərbi dəniz təlimlərinə qoşulan Cənubi Afrika da. Biz bütün vəziyyəti yanlış qiymətləndirdik, çünki buna hazır deyildik”, - deyə Şedivi Czdefence onlayn nəşrinə müsahibəsində bildirib.
Qərb Ukraynaya görə Rusiyaya sanksiya təzyiqlərini artırdı və bu, Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub.
Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etmişdi ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, Rusiya Qərbin onun üçün yaratdığı bütün problemləri həll edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.