BAKI, 31 mart — Sputnik. "Rusiya Dəmir Yolları" Qazaxıstan və Türkmənistandan olan həmkarları ilə "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin şərq marşrutu üzrə yüklərin daşınmasına endirimlər barədə razılığa gəliblər.
"Biz Şimal-Cənub dəhlizinin şərq marşrutu üzrə güzəştlər barədə razılığa gəldik. Qazaxıstandan olan tərəfdaşlarımız taxıl, üyüdülmüş məhsullar və neft məhsulları istisna olmaqla, əsas malların daşınmasına 40% endirim edəcəklər", - Rusiya Dəmir Yollarının teleqram kanalındakı mesajında deyilir.
2023-cü ilin birinci rübünün nəticələrinə görə, Rusiya Dəmir Yolları Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcminin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 2,3 milyon tondan çox olacağını gözləyir. Yanvar-mart aylarında qərb marşrutu ilə artıq 2,2 milyon ton (artım 2 dəfə), Transxəzər marşrutu üzrə 74,2 min ton (artım 3 dəfə) yük daşınıb. Şərq marşrutu üzrə Rusiya Dəmir Yollarının Akayla və Seraxs sərhəd keçid məntəqələri ilə daşımaların həcmi 64,5 min ton (artım 33 dəfə) qiymətləndirilir.
Rusiya Dəmir Yolları və Qazaxıstan, Türkmənistan və İran dəmir yolları daha əvvəl Şimal-Cənub dəhlizinin şərq marşrutu üzrə 2023-cü ildə konteynerlərin daşınması üçün güzəştlər barədə razılığa gəliblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.