BAKI, 31 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Latviyadakı səfiri Mixail Vanin və Rusiyanın Estoniyadakı səfiri Vladimir Lipayevin vəzifələrindən azad edilməsi haqqında fərman imzalayıb.
Sənədlər rəsmi hüquqi informasiya portalında dərc edilib.
Lipayev fevralın əvvəlində Estoniya ilə diplomatik münasibətlərin səviyyəsinin aşağı salınmasından sonra Estoniyanı tərk edib.
O zaman Latviya da Estoniya ilə həmrəylik nümayiş etdirərək Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarına gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.