BAKI, 31 mart — Sputnik. Belarusun Ukraynadakı vəziyyətin nizamlanması təşəbbüsü Rusiyanın münaqişənin həlli perspektivləri baxışına yaxındır.
Bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov bildirib.
Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa və parlamentə müraciətlə Ukraynada hərbi əməliyyatları dayandırmağı və barışıq elan etməyi təklif edib.
"Ukrayna böhranı ilə bağlı iki qarşılıqlı müstəsna konsepsiya götürsək – söhbət Amerika ("sülh yoxdur, Rusiyanın məğlubiyyətinə qədər müharibə!") və Çin ("hərbi əməliyyatların dayandırılması, eskalasiyanın qarşısını almaq və Rusiya ilə Ukraynanın dialoqa hərəkatını dəstəkləmək") konsepsiyalarından gedir - Belarus prezidentinin bugünkü təşəbbüsü, şübhəsiz ki, sonuncuya daha yaxındır. Bu da münaqişənin Rusiya və Çin liderlərinin Moskvada müzakirə etdiyi şəkildə həll edilməsi perspektivinə - Rusiyanın baxışına daha yaxındır", - deyə Kosaçev özünün "Telegram" kanalında yazıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.