BAKI, 31 mart — Sputnik. “Bakı metropoliteni” QSC-nin "Gənclik" stansiyasında kimyəvi məhsul dağılması ilə bağlı hadisənin təfərrüatı bəlli olub.
“Bakı metropoliteni” QSC-nin yaydığı məlumata istinadən xəbər verir ki, metropoliten daxilinə buraxılmasına məhdudiyyət olmayan kimyəvi təmizləyici maddə toz halında olan digər təmizləyici (xlor) maddə ilə reaksiyaya girib və nəticədə ani alışma baş verib.
Qurumdan bildirilib ki, operativ şəkildə müdaxilə edilib, bütün müvafiq təhlükəsizlik tədbirləri görülüb:
"Sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda araşdırma davam edir”.
Qeyd edək ki, hadisə baş verəndən dərhal sonra müvafiq tədbirlər görülüb, sərnişinlərin təhlükəsizliyinə xələl gətirə biləcək hadisə baş verməyib.
Onu da qeyd edək ki, xlor maddəsi quru halda paketdə olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.