BAKI, 31 mart - Sputnik. Martın ortalarında Azərbaycanın işgüzar dairələrindən ibarət nümayəndə heyəti Permdə olub və səfərin yekunlarına görə geri dönüş nəzərdə tutulub.
Bu, onu deməyə imkan verir ki, iki ölkənin regionları təmsil edən təsərrüfat subyektləri arasında dialoq son illər müsbət tendensiyaya malikdir.
Perm iş adamlarını hansı şirkətlərin profilləri maraqlandırır?
Azərbaycan sahibkarlarının Perm şəhərinə işgüzar missiyası nə dərəcədə uğurlu olub və işgüzar əlaqələrin qurulmasında bu cür səfər formatı nə dərəcədə faydalıdır?
Aprelin 5-də saat 14.00-da Sputnik Azərbaycan mətbuat mərkəzində Perm-Bakı videokörpüsü zamanı ekspertlər bu və digər suallara cavab verəcək:
Perm: - Yana Nikitina, Perm Ərazisinin İxraca Dəstək Mərkəzinin rəhbəri
Bakı: - Ruslan Mirsayapov, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi
Əlaqələr: telefonlar: 404-13-84/85. Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi aşağıdakı ünvanda yerləşir: Metbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.