BAKI, 30 mart - Sputnik. Xalq artisti Ənvər Həsənovun səhhətində irəliləyiş yoxdur.
Bu barədə APA-ya aktyorun qızı Aytən Həsənova məlumat verib.
Onun sözlərinə görə, Xalq artisti hazırda evdə yataq rejimindədir: “Heç bir irəliləyiş yoxdur. Ayaqları tutulur, yemək yeyə, gecələr yata bilmir. Hazırda onu xəstəxanaya apara bilmirik, müalicəsi üçün dərmanları ala bilmirik, ona görə də heç bir irəliləyiş yoxdur”.
Xatırladaq ki, Xalq artisti Ənvər Həsənov ötən il səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Aktyor daha sonra öz istəyi ilə evə buraxılmışdı. Bu yaxınlarda isə, Mədəniyyət Nazirliyi APA-ya aktyorun səhhəti ilə bağlı problemi nəzarətə götürdüyü barədə məlumat vermişdi.