BAKI, 30 mart — Sputnik. BMT Təhlükəsizlik Şurasında qarşıdan gələn sədrlik zamanı Rusiya Ukraynada xüsusi hərbi əməliyyat zonasından uşaqların təxliyəsi mövzusuna həsr olunmuş "Arria Formulası" üzrə qeyri-rəsmi görüş təşkil etmək niyyətindədir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Biz Rusiyanın xüsusi hərbi əməliyyatı zonasından uşaqların təxliyəsi mövzusunda "Arria Formulası" Şurasının üzvlərinin qeyri-rəsmi görüşünü təşkil etmək niyyətindəyik. Ölkəmizin həyata keçirdiyi tədbirlər barədə həmkarlarımızı ətraflı məlumatlandırmaq, azyaşlıları Ukrayna silahlı qüvvələri tərəfindən atəşə tutulmaqdan qorumaq, uşaqlara qarşı digər cinayətlərin qarşısını almaq və onların təhlükəsiz ərazilərdə yerləşdirilməsini təmin etmək niyyətindəyik", - Zaxarova brifinqdə bildirib.
"Arria Formulası" BMT Təhlükəsizlik Şurasının üzvləri tərəfindən təkbətək səmimi fikir mübadiləsi məqsədilə təşkil edilən qeyri-rəsmi görüşləri nəzərdə tutur.