BAKI, 30 mart — Sputnik. Rusiya Hava Hücumundan Müdafiə sistemləri xüsusi hərbi əməliyyat (XHƏ) başlayandan bəri ilk dəfə olaraq Ukraynanın yeni "Qrom-2" əməliyyat-taktiki raketini vurub.
Bu barədə martın 30-da Rusiya Müdafiə Nazirliyinin "Telegram" kanalında yayımlanıb.
Qeyd olunub ki, həmçinin ABŞ istehsalı olan 3 ədəd "HIMARS" reaktiv yaylım atəş sistemi də məhv edilib.
"Gün ərzində bir "Qrom-2" əməliyyat-taktiki raketi, "HIMARS" reaktiv yaylım atəş sisteminin üç raketi mərmisi ələ keçirilib", - Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Bu yaxınlarda KP.RU saytı yazıb ki, Rusiyanın Hava Hücumundan Müdafiə sistemləri Ukraynada XHƏ başlayandan bəri ilk dəfə olaraq "GLSDB" idarə olunan reaktiv mərmi və ya təyyarə mühərriki ilə "ağıllı bomba" adlandırılan raketi vurub.
Krımın rəhbəri Sergey Aksyonov bildirib ki, Krımın Simferopol rayonunda Hava Hücumundan Müdafiə sistemləri pilotsuz uçuş aparatını (PUA) vurub. Onun sözlərinə görə, pilotsuz təyyarə sahəyə düşüb. Tələfat və dağıntı yoxdur.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.