Bildiyiniz kimi, rus dili yayılma səviyyəsinə görə dünyada beşinci yerdədir: bu dildə, təxminən 250 milyon insan danışır. Müstəqil Dövlətlər Birliyində cari il millətlərarası ünsiyyət dili kimi rus dili ili elan edilib.
2023-cü il aprelin 3-dən 9-dək Azərbaycan Respublikasında dünyanın ən zəngin dillərindən biri kimi rus dilinin qorunması, möhkəmləndirilməsi və statusunun artırılmasına yönəlmiş "Rus dili millətin mədəni kodu və millətlərarası ünsiyyət dili kimi" təhsil-maarif layihəsinin II mərhələsi keçiriləcək. Əvvəllər I mərhələ Tacikistanda uğurla həyata keçirilib.
Təşkilatçılar həm böyüklər, həm də uşaqlar üçün müxtəlif formatlı tədbirlər təqdim ediblər.
Rusiyanın əməkdar incəsənət xadimi, Film Festivalları və Beynəlxalq Proqramlar Mərkəzinin (Moskva) prezidenti Tatyana Şumova aprelin 4-də (saat 11: 00-da) "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Azərbaycanda layihələrin həyata keçirilməsinin məqsəd və vəzifələri, iştirakçıları, habelə xüsusiyyətləri barədə danışacaq.