BAKI, 30 mart — Sputnik. Dünyadakı mövcud vəziyyət nasist ideologiyasının qayıdışına qarşı mübarizənin, o cümlədən Rusiya üçün nə qədər təcili və prioritet olduğunu göstərir.
Bunu BMT İnsan Hüquqları Şurasının (İHŞ) 52-ci sessiyasında Rusiya nümayəndə heyətinin rəhbəri Kristina Sukaçova deyib.
"Sevindirici haldır ki, dünya ölkələrinin əksəriyyəti hələ də Ikinci dünya müharibəsinin nəticələrini obyektiv qiymətləndirir və gələcəkdə cinayətkar ideologiya və nasizm praktikasının yaratdığı müharibə dəhşətlərinin təkrarlanmasının qarşısını almaq üçün BMT-nin əsas prinsiplərinin qorunmasının vacibliyini başa düşür", - deyə Sukaçova qeyd edib.
O əlavə edib ki, irqçiliklə mübarizə mövzusu Rusiya Federasiyası üçün insan hüquqları sahəsində prioritetlərdən biridir. Diplomat beynəlxalq ictimaiyyətin bu problemi hələ də həll etməməsindən təəssüfləndiyini də bildirib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanın Rusiyanı cilovlamaq vasitəsi kimi yenidən nasizmə ehtiyac duyduğunu bildirmişdi.