RUSİYA

Putin "Rusiya" beynəlxalq forumunun keçirilməsi barədə tapşırıq verib

Sərgidə Rusiyanın sənaye, energetika, aqrar-sənaye kompleksi, elm, nəqliyyat, tikinti və mədəniyyət daxil olmaqla müxtəlif sektorlardakı ən mühüm nailiyyətləri nümayiş etdiriləcək.
Sputnik
BAKI, 30 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putin 2023-2024-cü illərdə "Rusiya" beynəlxalq iqtisadi forumunun keçirilməsi barədə göstəriş verib.
Dövlət başçısının müvafiq fərmanı hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.
Sərgi-forumun Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin ərazisində keçirilməsi təklif olunur. Burada Rusiyanın sənaye, energetika, aqrar-sənaye kompleksi, elm, nəqliyyat, tikinti və mədəniyyət daxil olmaqla müxtəlif sektorlardakı ən mühüm nailiyyətləri nümayiş etdiriləcək.
Eyni sənədlə Putin forumun hazırlanması və keçirilməsi üçün təşkilat komitəsinin yaradılması barədə qərar qəbul edib.
Qeyd edək ki, bir gün əvvəl Rusiya Federasiyasının başçısı Nazirlər Kabinetinə "rəqəmsal pasport" haqqında fərman layihəsi hazırlamağı da tapşırmışdı.