BAKI, 30 mart — Sputnik. Müstəmləkə sistemi dağıldı, lakin onun təhlükəli mirası hələ də yaşayır.
Bunu cümə axşamı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Neokolonializmin müasir təcrübələrinə qarşı mübarizə tərəfdarlarının forumu" siyasi və ictimai qüvvələrin assosiasiyasının təşkilat komitəsinin birinci iclası zamanı deyib.
"Son onilliklər ərzində həyata keçirilən tədbirlər, açıq desək, təhlükəli müstəmləkə mirasını tamamilə aradan qaldıra bilməyib. Aydındır ki, müstəmləkəçilik sistemi özü dağılıb, lakin onun irsi davam edir", - o bildirib.
Medvedev, eyni zamanda onu da vurğulayıb ki, çoxqütblü dünyanın qurulması bir sıra ölkələrdə özünün müstəsna, qlobal üstünlük məntiqində düşünməyə öyrəşənlərdə rədd edilir.