BAKI, 30 mart — Sputnik. Bir sıra ölkələr "ABŞ-ın çox sərt siyasəti" səbəbindən dollardan ehtiyat valyuta kimi imtina etmək istəyiblər.
Bunu amerikalı iş adamı İlon Mask bildirib.
"Twitter" istifadəçisinin dolların ehtiyat valyuta statusunu itirməsi ilə bağlı şərhinə cavab olaraq Mask yazıb ki, bir sıra ölkələrin ABŞ valyutasından imtina etmək istəyi "ciddi problemdir".
Bundan əvvəl ABŞ Konqresində Ukrayna böhranının Amerika iqtisadiyyatı üçün mənfi nəticələrə səbəb ola biləcəyindən narahatlıq ifadə edilib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev daha əvvəl ABŞ-ı defolt gözləyə biləcəyini irəli sürmüşdü. Onun sözlərinə görə, bu, 31,5 trilyon dollarlıq xarici borcun olması və Vaşinqtonun bütün iqtisadi problemləri həll etmək üçün "çap dəzgahı"nı işə salması ilə bağlıdır.