DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Avropalıların 70%-i Rusiyaya qarşı sanksiyaların əleyhinədir

Avropa İttifaqına üzv dövlətlərin başçıları öz vətəndaşlarını dinləmək istəmirlər və Rusiyaya qarşı proksi müharibəni davam etdirirlər.
Sputnik
BAKI, 30 mart — Sputnik. Avropa Parlamentinin İrlandiyadan olan deputatı Mik Uolles ABŞ və NATO-nun hibrid müharibəni təşviq etmək üçün atdığı addımları pisləyib və bunu "axmaqlıq" adlandırıb.
Avropa İttifaqına üzv dövlətlərin başçıları öz vətəndaşlarını dinləmək istəmirlər və Rusiyaya qarşı proksi müharibəni davam etdirirlər.
Avropa Parlamentinin İrlandiyadan olan deputatı Mik Uolles bu barədə özünün "Twitter" hesabında bildirib.
"Avropa Xarici Əlaqələr Şurasının ötən ilin iyununda apardığı sorğu göstərib ki, vətəndaşların 70%-dən çoxu Rusiya Federasiyasına qarşı tədbirlərin tətbiqinin davam etdirilməsi səylərinin tərəfdarı deyil, sülhün tərəfdarıdır", - deyə siyasətçi yazıb.
O, ABŞ və NATO-nun hibrid müharibəni təşviq etmək üçün atdığı addımları pisləyib və bunu "axmaqlıq" adlandırıb.
Daha əvvəl Konqo Respublikası parlamentinin üzvü Ceremi Lissuba demişdi ki, Rusiya Afrika və Asiya ölkələrinin dəstəyi uğrunda mübarizədə ABŞ-ı geridə qoyub.