RUSİYA

"Rosneft" və "Indian Oil Company" Hindistana tədarükü artırmaq üçün müqavilə imzalayıblar

"Rosneft"in rəhbəri İqor Seçin Hindistana işgüzar səfəri zamanı ölkənin ən iri neft-qaz şirkətlərinin departamentlərinin nümayəndələri və rəhbərləri ilə görüşüb.
Sputnik
BAKI, 29 mart — Sputnik. "Rosneft" və "Indian Oil Company" Hindistana neft tədarükünü əhəmiyyətli dərəcədə artırmaq və onun çeşidlərini şaxələndirmək üçün müqavilə bağlayıblar.
Bunu Rusiya şirkəti bildirib.
"Rosneft" və "Indian Oil Company" Hindistana neft tədarükünün əhəmiyyətli dərəcədə artırılması və onun çeşidlərinin diversifikasiyası haqqında saziş imzalayıblar. Sənədi "Rosneft"in baş icraçı direktoru İqor Seçin və "Indian Oil Corporation Ltd".-nin sədri Şrikant Madhav Vaydya imzalayıblar.
Bundan savayı, "Rosneft"in rəhbəri İqor Seçin Hindistana işgüzar səfəri zamanı ölkənin ən iri neft-qaz şirkətlərinin departamentlərinin nümayəndələri və rəhbərləri ilə görüşüb, Hindistan tərəfi ilə yanacaq-energetika kompleksində hərtərəfli əməkdaşlığın genişləndirilməsi və milli valyutalarda qarşılıqlı hesablaşmaların mümkünlüyünü müzakirə edib.
"Görüşlər çərçivəsində tərəflər bütün texnoloji zəncir üzrə "Rosneft" və Hindistan şirkətləri arasında enerji sənayesində hərtərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini, həmçinin milli valyutalarda qarşılıqlı hesablaşmaların aparılması imkanlarını müzakirə ediblər", – deyə şirkət əlavə edib.