RUSİYA

Putin: Rusiyada ömür uzunluğu artıb, biz bu tendensiyaları dəstəkləməliyik

"Rosstat"ın məlumatına görə, ötən il Rusiyada gözlənilən ömür uzunluğu ildə 2,7% artıb.
Sputnik
BAKI, 29 mart — Sputnik. Rusiya Federasiyasında gözlənilən ömür uzunluğu artıb, ölüm halları isə əksinə, azalmaqda davam edir.
Hökumət üzvləri ilə görüşü zamanı bu sözləri deyən Rusiya Prezidenti Vladimir Putin bu tendensiyaların dəstəklənməli olduğunu qeyd edib.
" "Rosstat"ın məlumatına görə, ötən il Rusiyada gözlənilən ömür uzunluğu ildə 2,7% artıb. Hazırda bu, 72,8 ildir. Ölüm halları azalmaqda davam edir. Bu demoqrafik tendensiyaları dəstəkləmək prinsipial olaraq vacibdir", - deyə Putin hökumət üzvləri ilə görüşdə fikrini bildirib.
O vurğulayıb ki, bu, "hökumətin bütün səviyyələri üçün ayrılmaz, ən vacib vəzifədir".