BAKI, 29 mart — Sputnik. Qərb Ukraynadakı münaqişəni dayandırmaq istəmir, bunu ABŞ-ın dövlət katibi Entoni Blinkenin mümkün atəşkəs barədə son bəyanatı sübut edir.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İranın xarici işlər naziri Hüseyn Abdullahiyanla keçirdiyi mətbuat konfransında deyib.
"Blinken bildirib ki, indi atəşkəs Rusiyanın maraqlarına uyğun olacaq və buna yol vermək olmaz. Bu cür dərin olmayan analizlərin nəyə əsaslandığını söyləmək mənim üçün çətindir. Yeganə fərziyyə odur ki, Qərb bu müharibəni dayandırmaq istəmir", - deyə diplomat bildirib.
Lavrovun fikrincə, Qərb ölkələri Ukraynadakı hərbi əməliyyatlarda öz maraqlarını, ilk növbədə, Rusiya timsalında dünya arenasında daha bir rəqibi sıradan çıxarmaq baxımından görür.
Xatırladaq ki, bu yaxınlarda ABŞ dövlət katibi Ukraynada atəşkəslə bağlı təkliflərin münaqişəni dondurmaq üçün sadəcə "kinli tələ" ola biləcəyini deyib. ABŞ Dövlət Departamenti rəhbərinin sözlərinə görə, "yaxşı niyyətli səylərə bənzəyən şeylərdən ehtiyatlı olmaq" lazımdır, amma əslində bu, yalnız "Rusiyaya öz nailiyyətlərini möhkəmləndirməyə, vaxt qazanmağa imkan verəcək".