SƏHİYYƏ

Komitə sədri: Dərmanların ölkəyə gətirilməsi ilə bağlı əngəllər aradan qaldırılmalıdır

Əhliman Əmiraslonov hansı prosesdən sonra qiymətlərdə müəyyən dəyişikliklərin ola biləcəyini açıqlayıb.
Sputnik
BAKI, 29 mart — Sputnik. "Dərmanların ölkəyə gətirilməsi məsələsi mütləq sadələşdirilməli, bürokratik əngəllər aradan qaldırılmalıdır".
Bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslonov komitənin "Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.
"Hesab edirəm ki, bütün bu prosesdən sonra qiymətlərdə müəyyən dəyişikliklər ola bilər", - komitə sədri əlavə edib.
Əhliman Əmiraslov Azərbaycandakı tibbi təhsillə bağlı tənqidlərə də cavab verib: "Azərbaycanda olan tibb təhsili Avropa və Türkiyə təhsili ilə tamamilə eynidir. Rezidentura sistemimiz Türkiyə rezidenturasına tamamilə yaxındır. Razıyam, rezidentlərin hazırlandığı klinikaların sayı çoxdur. Kiçik həcmli klinikalarda rezident hazırlamaq olmaz, bunun üçün aparıcı tibb müəssisələri olmalıdır. Sistemə gəldikdə isə, dediyim kimi, Avropa və Türkiyə ilə eynidir".
O bildirib ki, dərman istehsalı məsələsində xeyli geridə qalmışıq, mən bununla razıyam. Bildiyimə görə, Ələt Azad İqtisadi Zonasında bir neçə dərman istehsalı müəssisəsinin tikilib istifadə verilməsi nəzərdə tutulub.