RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya ordusu ilk dəfə GLSDB idarə olunan raketini ələ keçirib

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, hava hücumundan müdafiə sistemləri gün ərzində on səkkiz HIMARS reaktiv yaylım atəş sistemini və bir GLSDB idarə olunan raketini ələ keçirib.
Sputnik
BAKI, 28 mart — Sputnik. Rusiyanın hava hücumundan müdafiə sistemləri xüsusi hərbi əməliyyat zonasında ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələrinin GLSDB (Yerdən Atılan Kiçik Diametrli Bomba) idarə olunan raketini ələ keçirib.
Bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.

"Hava hücumundan müdafiə sistemləri gün ərzində on səkkiz HIMARS reaktiv yaylım atəş sistemini və bir GLSDB idarə olunan raketini ələ keçirib", - deyə Konaşenkov bildirib.

Bundan əlavə, Ukraynanın on iki pilotsuz təyyarəsi Zaporojye vilayətinin Poloqi, "LXR"də Qolikovo, Rubijne, Svatovo, "DXR"də Soledar, Volnovaxa, Vladimirovka və Xarkov vilayətinin Veliki Vıselki yaşayış məntəqələri ərazilərində məhv edilib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.