DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pakistan "Qlobal Demokratiya Sammiti"ndə iştirak etməyəcək

Rəsmi İslamabad bunu beynəlxalq dialoq formatı nəzərdə tutulan müəyyən milli öhdəlikləri üzərinə götürməyə hazır olmamaması ilə izah edib.
Sputnik
BAKI, 28 mart — Sputnik. Pakistan ikinci "Qlobal Demokratiya Sammiti"ndə iştirak etməyəcək.
Bu barədə martın 28-də Pakistan İslam Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Rəsmi İslamabad bunu beynəlxalq dialoq formatı nəzərdə tutulan müəyyən milli öhdəlikləri üzərinə götürməyə hazır olmamaması ilə izah edib.
Bu il 29-30 mart tarixlərində ABŞ-ın təşkilatçılığı ilə 2-ci Demokratiya Sammiti keçiriləcək. Bayden administrasiyasının təşəbbüsü ilə baş tutacaq builki sammitə ABŞ-la yanaşı, Kosta Rika, Niderland, Cənubi Koreya və Zambiya da ev sahibliyi edəcək.
Sammitin ilk günü virtual formatda keçiriləcək və ardınca hibrid formatda hər bir ev sahibi ölkədə hökumət nümayəndələrinin, vətəndaş cəmiyyəti təmsilçilərinin və özəl sektorun iştirakı ilə müxtəlif toplantılar təşkil olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.