HADİSƏ

Milli Məclisin deputatı güllələndi

Deputat evinin qarşısında silahlı hücuma məruz qalıb.
Sputnik
BAKI, 28 mart - Sputnik. Milli Məclisin deputatı Fazil Mustafa güllələnib. Hadisə paytaxtın Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, deputat evinin qarşısında silahlı hücuma məruz qalıb. Nəticədə o, yaralanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış qrupu cəlb edilib, araşdırma aparılır.
DİN Mətbuat Xidmətindən bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.
TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.
Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.