BAKI, 28 mart — Sputnik. Rusiyadan Hindistana neft tədarükü keçən il 22 dəfə artıb. Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
"Hindistana neft tədarükünü götürsək, onlar keçən il 22 dəfə artıb", - deyə Novak Rusiya Energetika Nazirliyinin kollegiyasının yekun iclasında bildirib.
"Çin Xalq Respublikasına və digər bazarlara da tədarük artıb", o əlavə edib.
Martın əvvəlində Novak bildirib ki, Rusiya keçən il Çinə, təxminən 67 milyon ton neft tədarük edib ki, bu da onun ümumi ixracının demək olar ki, üçdə birini təşkil edib.
Baş nazirin müavini gələcəkdə bu həcmlərin artacağını da qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.