AZƏRBAYCAN XƏBƏRLƏRİ

Rəsmi Bakı Qarabağın erməni ictimaiyyətini yenidən görüşə çağırdı

Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir.
Sputnik
BAKI, 27 mart — Sputnik. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir.
Bu barədə Azərbaycan Prezidentinin Administrasiyası məlumat yayıb.