BAKI, 27 mart — Sputnik. Rusiyanın Baş naziri Mixail Mişustin aprelin 6-da İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasının keçiriləcəyini bildirib. O, bu barədə İttifaqın Nazirlər Şurasının iclasında bildirib.
"Əminəm ki, bu gün qəbul edilən qərarlar və sazişlər İttifaq dövləti daxilində inteqrasiyanın daha da gücləndirilməsinə xidmət edəcək, Ali Dövlət Şurasının aprelin 6-na planlaşdırılan qarşıdakı iclasının hazırlanması üçün yaxşı əsas olacaq", - Rusiya Nazirlər Kabinetinin rəhbəri bildirib.
O, Rusiya Prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenkonun görüşdə iştirak edəcəyini də vurğulayıb.
Martın 27-də Rusiyanın B aş naziri Mixail Mişustin Moskvada Belarusdan olan həmkarı Roman Qolovçenko ilə İttifaq Dövlətinin Nazirlər Şurasının iclasını keçirir.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Belarusun İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasının aprel ayına təyin edildiyini bildirmişdi.
Putinlə Lukaşenkonun uzun telefon danışığının olduğu, iki ölkə arasında iqtisadi əməkdaşlıq və digər mövzuların müzakirə edildiyi bildirilirdi.