PAYTAXT XƏBƏRLƏRİ

COVID xəstələrinə yardım göstərənlərin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

Bakıda COVID xəstələrinə yardım göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
Sputnik
BAKI, 27 mart - Sputnik. Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılır.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, bu müddət 2023-cü il mayın 1-dək uzadılıb.
Qeyd edək ki, əvvəl bu müddət 2023-cü il martın 1-nə kimi nəzərdə tutulmuşdu.