Qüdsdə Knesset parlament binasının qarşısında kütləvi etiraz aksiyası keçirilir. İnsanlar baş nazir Benyamin Netanyahuya qarşı çıxırlar. Bir neçə nəfər parlament binasına daxil ola bilib.
Bu barədə Rusiya mediası xəbər verib.
Az sayda nümayişçinin Knessetə daxil olduğu məlumdur. Onlardan biri müxalifət şüarları ilə yazılmış köynək geyinib. Etirazçılar bir neçə dəhlizdən keçməyə müvəffəq olsalar da, onlar mühafizəçilər tərəfindən saxlanılaraq binadan çıxarılıblar.
Xatırladaq ki, hazırda Qüdsdə etiraz aksiyası keçirilir. İnsanlar baş nazir Netanyahunun qərarlarından son dərəcə narazıdırlar və onun istefasını tələb edirlər. Məsələn, insanların küçələrə çıxmasına səbəb məhkəmə sistemində islahatlar olub. Etiraz təşkilatçılarının məlumatına görə, bütün ölkə üzrə mitinqlərə 630 minə yaxın insan toplaşıb.