PAYTAXT XƏBƏRLƏRİ

Bakıda avtobus 9 maşına çırpılıb, xəsarət alanlar var

Bakıda sərnişin avtobusu yol qəzasına uğrayıb
Sputnik
BAKI, 27 mart - Sputnik. Bakının Yasamal rayonu, Şərifzadə küçəsində “Faiqoğlu” MMC-nin istismarında olan 114 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 052 DQN-lı avtobusun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Daşıyıcı şirkətdən verilən məlumata görə, hadisə avtobus depoya gedən zaman baş verdiyindən sərnişin olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.