RUSİYA

ABŞ vassallarını alçaltmağı dayandırsa, biz bunu yalnız alqışlayacağıq - Patruşev

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi bildirib ki, ABŞ digər ölkələrdə baş verən və suverenlikləri pozan müharibələrin sayına görə dünya çempionu olub.
Sputnik
BAKI, 27 mart — Sputnik. Amerika Birləşmiş Ştatları digər ölkələrdə baş verən və suverenlikləri pozan müharibələrin sayına görə dünya çempionu olub. Bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev "Rossiyskaya qazeta"ya müsahibəsində bildirib.
"Əslində Vaşinqton demokratik şüarları yerli və yersiz elan edərək, dövlətlərin suverenliyinin pozulmasında, baş verən müharibə və münaqişələrin sayında, digər ölkələrin vətəndaşlarının qeyri-qanuni ovlanmasında çempion olub", - Patruşev deyib.
Patruşev həmçinin diqqəti ABŞ-dakı korporasiyaların xarici siyasəti formalaşdırmasına, beynəlxalq hökmranlığı qorumağa çalışmasına, müxtəlif kontraktlar üzrə əldə etdikləri milyardlarla qazanclara görə dünyada gərginlik ocaqları yaratmasına, xəyali şəffaflığa özlərinin nəzarət etdiyinə diqqət çəkib.
"Əgər ABŞ həqiqətən də demokratiyaya doğru irəliləmək qərarına gəlsə və müttəfiqlərini - vassallarını alçaltmağı dayandırsa, biz bunu yalnız alqışlayacağıq", - deyə o, yekunlaşdırıb.