HADİSƏ

Yevlaxda süpürgəçi qadınları avtomobil vurub, ölən və xəsarət alan var

Hadisə nəticəsində 49 yaşlı qadın dünyasını dəyişib, 31 yaşlı qadının isə vəziyyəti ağırdır.
Sputnik
BAKI, 26 mart - Sputnik. Yevlaxda süpürgəçi işləyən iki qadını avtomobil vurub, onlardan biri ölüb.
Hadisə şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb.
Onlardan biri - 1974-cü il təvəllüdlü Əsgərova Səbinə Rafiq qızı hadisə yerində dünyasını dəyişib.
Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Bəsdi Mirzəyeva ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib (Report).
Faktla bağlı araşdırma aparılır.