RUSİYA

Rusiya Belarusda nüvə silahları yerləşdirəcək - Putin

Rusiya prezidenti bildirib ki, Belarusda taktiki nüvə silahlarının bazasının qurulması işləri iyulun 1-nə kimi yekunlaşacaq
Sputnik
BAKI, 26 mart - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahları yerləşdiriləcəyini açıqlayıb.
Kremlin rəhbəri Avropada öz silahlarını yerləşdirən ABŞ-la müqayisədə Rusiyanın bu addımının nüvə silahının yayılmaması barədə beynəlxalq razılaşmaya zidd olmadığını deyib.
ABŞ Moskvanın bu açıqlamasından sonra Rusiyanın nüvə silahından istifadəyə hazırlaşmasına inanmadığını bildirib.
Rusiya növbəti həftədən etibarən nüvə silahlarının idarə edilməsi ilə bağlı belaruslu şəxsi heyətə təlimlər keçməyə başlayacaq.
“Belarusda taktiki nüvə silahlarının bazasının qurulması işləri iyulun 1-nə kimi yekunlaşacaq”, - Putin əlavə edib.
Bununla da Moskva 1990-ci ilin ortalarından bəri ilk dəfə olaraq ölkə xaricində nüvə silahları yerləşdirəcək.
Rusiya liderinin qərarı Ukrayna Prezidenti Volodimir Zelenskinin Qərb ölkələrindən yeni silahlar alma niyyətini açıqlamasından sonraya təsadüf edib.