BAKI, 26 mart - Sputnik. "Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Tszinpin arasında danışıqların bu qədər uzun olması planlaşdırılmamışdı, onlar gözlənilmədən uzandı və bu, liderlərin əhval-ruhiyyəsindən, etimad ruhundan və onların ünsiyyətinin məzmunundan xəbər verir", - Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
"Xeyr, planlaşdırılmamışdı, təbii ki, bunlar gözlənilmədən uzanan hadisələr idi. Amma bu, iki liderin əhval-ruhiyyəsindən, onların etimad ruhundan və ünsiyyətinin mənalılığından xəbər verir", - o "Rossiya 1" telekanalındakı proqramda Pavel Zarubinin sualını cavablandırarkən deyib.
Martın 20-22-də Si Tszinpin Rusiya Federasiyasına dövlət səfəri edib - bu, ÇXR-in sədrliyinə yenidən seçildikdən sonra ilk səfəri olub. İlk gün o, Rusiya Federasiyasının prezidenti ilə 4,5 saata yaxın təkbətək söhbət edib. Martın 21-də Si Tszinpin Kremldə Putinlə müxtəlif formatlarda altı saata yaxın danışıqlar aparıb. Səfərin yekunu olaraq ölkə liderləri iki bəyanat imzalayıblar. Vladimir Putin və Si Tszinpin görüşü uğurlu adlandırıblar.