BAKI, 26 mart - Sputnik. Rusiya prezidenti Vladimir Putin bildirib ki, onilliklər ərzində Çini SSRİ və Rusiyaya qarşı çevirmək istəyənlər çox olub. Moskva isə hansı dünyada yaşadığını anlayır və ikitərəfli münasibətlərə dəyər verir.
"Onilliklər ərzində həmişə Çini Sovet İttifaqı və Rusiyaya qarşı və ya əksinə çevirmək istəyən çoxlu insanlar olub. Biz yaşadığımız dünyanı başa düşürük. Biz münasibətlərimizi və son illərdə əldə etdiyimiz səviyyəni çox yüksək qiymətləndiririk ", - Putin "Rossiya 1" telekanalının efirində "Moskva. Kreml. Putin" proqramının aparıcısı Pavel Zarubinə müsahibəsində deyib.
Putinin sözlərinə görə, Rusiyanın Çindən asılılığından skeptiklər deyil, paxıl insanlar danışır.
"Niyə? Çünki, məsələn, həmin Avropa iqtisadiyyatının Çindən asılılığı Rusiya iqtisadiyyatından daha yüksək sürətlə, daha sürətlə artır. Çin və Avropa arasında ticarət dövriyyəsi çox yüksək sürətlə artır", - dövlət başçısı qeyd edib.
O, hər şeyin əksinə olduğunu vurğulayıb - “Yaxşısı budur, Qərb özü haqqında daha yaxşı düşünsün”.
Martın 20-22-də Si Tszinpin yenidən ÇXR-in sədri seçildikdən sonra ilk səfərini Rusiya Federasiyasına edib. O, səfərinin ilk günü Rusiya Federasiyasının prezidenti ilə 4,5 saata yaxın təkbətək söhbət edib. Martın 21-də Tszinpin Kremldə Putinlə müxtəlif formatlarda altı saata yaxın danışıqlar aparıb. Səfərin yekunu olaraq ölkə liderləri iki bəyanat imzalayıblar. Putin və Tszinpin Moskva görüşlərini uğurlu adlandırıblar.