BAKI, 26 mart - Sputnik. Bazar günü, martın 26-da səhər Hindistan Kosmik Tədqiqatlar Təşkilatı 36 OneWeb rabitə peyki ilə ağır LVM3 raketini fəzaya buraxıb.
RUA Novosti-nin xəbərinə görə, raket yerli vaxtla 9:00-da ölkənin cənub-şərqində, Şriharikota adasında yerləşən Satish Dhawan Kosmik Mərkəzindən buraxılıb.
Bu buraxılış 600 OneWeb LEO peykindən ibarət bürcün orbital yerləşdirilməsini tamamlayacaq.
Gözlənildiyi kimi, bu peyklər kosmosdan dünyanın istənilən nöqtəsini yüksəksürətli internetlə təmin edəcək.
OneWeb ikinci dəfədir ki, peyklərin buraxılması üçün Hindistan Kosmik Tədqiqatlar Təşkilatının xidmətlərindən istifadə edir.
Hindistan raketi 2022-ci il oktyabrın 23-də 36 OneWeb peykinin ilk partiyasını orbitə çıxarıb.