BAKI, 26 mart - Sputnik. Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov etimadnaməsini İsrail Prezidenti İsaak Hersoqa təqdim edib.
Bu barədə səfir özünün Twitter hesabında məlumat paylaşıb.
O yazıb ki, Azərbaycan Respublikasının İsraildə 1-ci səfiri kimi İsrail Dövlətinin Prezidentinə Etimadnaməmi təqdim etməkdən şərəf və qürur duyur.
Qeyd edək ki, Prezident İlham Əliyev 2022-ci il noyabrın 26-da Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı sərəncam imzalayıb.
Dövlət başçısının yanvarın 11-də imzaladığı digər sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Muxtar Məmmədov etimadnaməsinin surətini hələ martın 2-də İsrail Xarici İşlər Nazirliyinin (XİN) Protokol şöbəsinin rəisi Gil Haskelə təqdim edib.