HƏRBİ

Yuxarı Veysəllidə ermənilər tərəfindən səngər hazırlanmasının qarşısı alınıb - MN

Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparıldığı aşkar olunub.
Sputnik
BAKI, 25 mart - Sputnik. Azərbaycan ordusu tərəfindən ermənilərin Qarabağda apardığı fəqliyyətin qarşısı alınıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, martın 25-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrüfatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərib.

"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - deyə məlumatda qeyd olunur.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.